Xəbər lenti

Rusiyanın Türkiyə ilə bağlı qərarı 500 mindən çox turistə ziyan vurdu
 

Rusiyanın Türkiyə və Tanzaniyaya müntəzəm uçuşları dayandırması turizm sənayesi, həmçinin artıq turpaket almış yarım milyon rusiyalı üçün şok effekti yaradıb.

 

Bizimaz.az  “Qafqazinfo”-a istinadən  xəbər verir ki, 15 aprel - 1 iyun tarixlərində Rusiya Türkiyə və Tanzaniyaya müntəzəm və çarter uçuşlarını dayandıracaq. Moskva-İstanbul və İstanbul-Moskva marşrutu üzrə həftədə iki uçuş və Rusiya vətəndaşlarının geri dönməsi üçün uçuşlar istisna olacaq.

Rusiya Tur Operatorları Birliyinin (ATOR) verdiyi məlumata görə, artıq 500 mindən çox insan qadağanın tətbiq olunacağı 15 aprel-1 iyun tarixləri üçün turpaketlər alıb. Bu isə ümumilikdə 35 milyard rubl vəsait deməkdir. Bu məbləğə otel və uçuşları özləri sifariş edən müstəqil turistlərin xərcləri daxil deyil.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov qadağanın müstəsna olaraq epidemioloji xarakter daşıdığını və Türkiyədə yoluxma tempinin artması ilə əlaqəli olduğunu bildirib.

Qeyd edək ki, Türkiyədə 12 apreldən etibarən epidemioloji vəziyyətin kəskinləşməsi səbəbindən ölkədə yeni məhdudiyyətlər tətbiq edilir. 

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov