Xəbər lenti

 

Türkiyənin Xarici İşlər naziri Mövlut Çavuşoğlu Rusiyanın hava əlaqələrini məhdudlaşdırması qərarı barədə açıqlama verib.

 

Bu barədə “Haber Global” xəbər yayıb.

Qərarın mənfi təsirlərindən danışan nazir hava əlaqəsinin yenidən başlanması mövzusunda işlər aparıldığını bildirib.

“Qərarın arxasında siyasi səbəblər görmürəm”, - deyə Çavuşoğlu vurğulayıb.

Xatırladaq ki, Rusiya Türkiyə ilə hava əlaqəsini məhdudlaşdırmağa hazırlaşır. Məlumata əsasən, aprelin 15-dən etibarən iki ölkə arasında mütəmadi və çarter reysləri dayandırılacaq. Kreml Rusiyadan uçuşların məhdudlaşdırılması qərarını Türkiyədə koronavirusa yoluxanların sayının kəskin şəkildə artması ilə əlaqələndirib.

 
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov