Çində uşaqların həddindən artıq telefon aludəçisi olması onların valideynləri və müəllimlərini radikal tədbirlər görməyə sövq edib.

 

Bizimaz.az BAKU.WS-ə istinadən  xəbər verir ki, şagirdlərin təhsilə diqqətini artırmaq məqsədilə mərasim keçirilib.

Valideynlər və məktəb rəhbərliyinin iştirak etdiyi mərasimdə şagirdlərdən öz telefonlarını çəkiclə qırmaq tələb olunub.

Şagirdlər bu istəyi yerinə yetirərək smartfonlarını çəkiclə qırıblar. Onların ürəksiz şəkildə etdiyi bu addım sosial mediada böyük müzakirələrə səbəb olub.

 
BAKU.WS
VİDEO