Xəbər lenti

Avropada da məktəblər bağlanır
 

Avropada peyvəndləmə kampaniyasının gecikməsi fonunda bir çox ölkələrdə yoluxmaların sayı artır.

 

Bizimaz.az “Qafqazinfo”-a istinadən  xəbər verir ki, bu barədə BBC-nin məlumatında deyilir. Buna görə də mümkün üçüncü dalğanın qarşısını almaq məqsədilə hökumətlər sərt qapanmaları yenidən geri qaytarırlar.

Fransa ən azı aprelin sonunadək məsafədən təhsilə keçir

Avropanın ən böyük üçüncü ölkəsi olan Fransada sayca üçüncü qapanma qüvvəyə minir və bununla da məktəblər bağlanır. Ölkədə yeni məhdudiyyətlər tətbiq olunur. Gələn həftədən etibarən məktəblər bağlanır və ən azı aprelin 26-dək məsafədən təhsilə keçirilməsi planlaşdırılıb. Bütün ölkə ərazisində saat 19:00 – 06:00 aralığında komendant saatı tətbiq olunduğu üçün vətəndaşlara yaşadıqları ərazini tərk edərək uzaq məsafəyə getmək qadağan olunur.

İtaliya növbəti dəfə məktəbləri bağlayır

İtaliyada da eyni vəziyyət yaşanmaqdadır. Belə ki, Pasxa ərəfəsində ölkə tamamilə qapanmaya gedir. Roma və Milan şəhərləri də daxil olmaqla, ölkənin çox böyük bir hissəsində mağaza, restoran və məktəblər bir daha bağlanır və 3 gün (3-5 aprel tarixlərində) ölkə ərazisinin hər yerində tamamilə qapanma qüvvəyə minir. İnsanlardan işə getmək, səhhətlərində yaranmış problemlər və çox vacib hallardan başqa evdən çıxmamaq ciddi şəkildə tələb edilir.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov