Xəbər lenti

 

Ümumi məhdudiyyətlərin tətbiq edildiyi və zəruri malların kəskin çatışmazlığının yaşandığı Koreya Xalq Demokratik Respublikasında xarici dövlətlərdən sadəcə doqquz səfir və dörd müvəqqəti işlər vəkili işləmək üçün qalıb.

 

“RİA Novosti”nin məlumatına görə, bu barədə Rusiyanın Şimali Koreyadakı diplomatik nümayəndəliyindən bildirilib.

Səfirliyin proqnozuna görə, ölkədən xaricilərin köçü davam edəcək.

“Hələ indidən burada demək olar ki, heç kim qalmayıb (290 nəfərdən az). Koreya paytaxtından ayrılmaq istəyi başa düşüləndir – hər kəs buradakı sərtliyinə görə indiyə kimi görünməmiş miqyasda ümumi məhdudiyyətlərə, dərman da daxil olmaqla zəruri malların kəskin çatışmazlığına, səhiyyə ilə bağlı problemlərə dözmək iqtidarında deyil”, - deyə məlumatda bildirilir.

O da vurğulanıb ki, artıq Böyük Britaniya, Venesuela, Braziliya, Almaniya, İtaliya, Nigeriya, Pakistan, Polşa, Çex Respublikası, İsveç, İsveçrə, Fransa nümayəndəliklərinin qapılarına kilidlər asılıb, beynəlxalq humanitar təşkilatların xarici personalı çıxıb gedib.

 

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov