Xəbər lenti

Rusiya sülhməramlıları Kəlbəcər rayonuna 80 ton humanitar yükün tranzitini təşkil ediblər.

 

Bizimaz.az Axar.az-a istinadən  xəbər verir ki, bu məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb. Məlumata görə, sosial obyektlər və yaşayış evlərinin enerji və su təminatı sistemlərini bərpası üçün Humanitar Reaksiya Mərkəzi “KamAZ” markalı 15 hərbi yük maşınından ibarət kolonun Xankəndi-Suqovuşan-Kəlbəcər marşrutu üzrə Kəlbəcərə daxil olmasına şərait yaradıb. Kolonun elektrik avadanlığı və tikinti materialları daşıdığı bildirilib.

Nazirlik indiyədək 1 600 ton yükün tranzitinin (? – red.) təşkil edildiyini açıqlayıb.

“Yükün çatdırılması Azərbaycan, Rusiya və Ermənistan arasında ötən il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata əsasən gerçəkləşdirilib”.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov