Xəbər lenti

Dünyanın ən nüfuzlu ölkələri açıqlandı
 

ABŞ-ın “The CEOWORLD magazine” biznes jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu ölkələrinin reytinqini dərc edib.

 

Bizimaz.az-n məlumatına görə “Qafqazinfo” “inosmi.ru”ya istinadən bildirir ki, dövlətlərin ranqlaşdırılması üçün 11 meyardan istifadə olunub: hərbi güc, beynəlxalq ittifaqlar, ölkə rəhbərliyinə hörmət, beynəlxalq ticarət və səyahət, iqtisadi güc, mədəniyyət, diplomatik təsir, qlobal diaspor, KİV-də təsiri, ehtiyacı olan ölkələrə yardım və digər ölkələrlə bağlılıq.

Reytinq 280 mindən çox respondentin iştirak etdiyi sorğu əsasında tərtib edilib. Siyahıya 57 dövlət daxildir. İlk onluqda ABŞ, Çin, Rusiya, Almaniya, Fransa, Böyük Britaniya, Yaponiya, Hindistan, İtaliya və İsrail yer alıb.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov