Xəbər lenti

Almaniyada müsəlmanlara qarşı cinayətlər artır
 

2020-ci ildə Almaniyada müsəlmanlara nifrət zəminində törədilən cinayətlərin sayı 2019-cu illə müqayisədə 2% artıb.

 

Bizimaz.az “Qafqazinfo”-a istinadən bildirir ki, bu barədə “Osnabrücker Zeitung” qəzeti Almaniya Daxili İşlər Nazirliyinə (DİN) istinadən yazıb. Belə ki, 2020-ci ildə müsəlmanlara və İslam qurumlarına azı 901 hücum edilib. 77 halda məscidlərin ətrafında təxribatlar olub.

Hücumların böyük hissəsini ultrasağçı qruplaşmaların üzvləri törədib, 48 nəfər xəsarət alıb.

2019-cu ildə Almaniyada müsəlmanlara, İslam cəmiyyətlərinə və müsəlman şirkətlərinə 884 hücum edilib

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov