Xəbər lenti

 
 

Müqəddəs Valentin Günü ərəfəsində Türkiyədən 22 ölkəyə 70 milyon gül göndərilib.

 

Bu barədə “Daily Sabah” qəzeti məlumat yayıb. Satılan güllərin böyük bir qismi Niderland, Böyük Britaniya, Almaniya və Rumıniya kimi Avropa ölkələrinin payına düşür.

Türkiyənin dekorativ bitki və məhsulların ixracı assosiasiyasının rəhbəri İsmayıl Yılmaz “Anadolu Agentliyi”nə verdiyi açıqlamasında bildirib ki, pandemiya şəraitində ölkənin gül ixracı daha da artıb.

Onun sözlərinə görə, 2019-cu ildə Türkiyədən ümumi dəyəri 6 milyon dollar olan 60 milyon gül ixrac olunubsa, 2020-ci ildə bu rəqəm müvafiq olaraq 7 milyon dollar və 70 milyon gülə çatıb.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov