Gürcüstan bu gündən bütün istiqamətlər üzrə müntəzəm aviareysləri bərpa edib.

 

Bizimaz.az APA-ya istinadən bildirir ki, müvafiq qərar bir neçə gün öncə Baş nazir Giorgi Qaxariyanın rəhbərliyi ilə fəaliyyət göstərən Qurumlararası Koordinasiya Şurası tərəfindən qəbul edilib.

Qərara əsasən, Gürcüstanda fəaliyyət göstərən, həmçinin ölkəyə daxil olmaq arzusunda olan bütün hava yolu şirkətləri ölkəyə uçuşlar planlaşdıra və həyata keçirə bilərlər.

Bildirilib ki, uçuşlar müvafiq tibbi protokollara və təhlükəsizlik qaydalarına uyğun həyata keçiriləcək.