Xəbər lenti

Navalnının qardaşı da həbs edildi
 

Rusiyada həbsdə olan müxalif bloqqer Aleksey Navalnının qardaşı Oleq Navalnı, vəkili Lyubov Sobol və xüsusi həkimi Anastasiya Vasilyeva həbs olunub.

 

Bizimaz.az “Qafqazinfo”-a istinadən  xəbər verir ki, bu barədə Rusiya Ədliyyə Nazirliyi tərəfindən “xarici casus” siyahısına daxil edilən Korrupsiyaya Qarşı Mübarizə Fondunun direktoru İvan Jdanov açıqlama verib. O, sosial şəbəkədəki açıqlamasında polisin Navalnının qardaşı Oleq Navalnı, vəkili Lyubov Sobolu və Həkimlər Birliyi Həmkarlar İttifaqının rəhbəri Anastasiya Vasilyevayı 48 saat müddətinə həbs etdiyini bildirib.

Həmçinin qeyd olunub ki, Navalnının paytaxt Moskvadakı mənzilində və qurduğu Antikorrupsiya Fondunun ofisində sanitariya və epidemioloji qaydaların pozulması səbəbi ilə polis tərəfindən axtarış aparılıb.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov