ABŞ Senatı Canet Yellenin Maliyyə naziri vəzifəsinə namizədliyini təsdiqləyib.
Bu barədə “Reuters” məlumat yayıb.
C.Yellenin ABŞ-ın Maliyyə Nazirliyinə rəhbər təyin olunan ilk qadın olduğu bildirilir. O, həmçinin 2014-cü ildə ABŞ-ın Federal Ehtiyatlar Sisteminə rəhbər təyin edilən ilk qadın kimi tarixə düşmüşdü.