Xəbər lenti

Rusiyada sakinlər 51 dərəcə şaxtada mitinqə çıxıblar

Rusiyanın bütün bölgələrində kütləvi etiraz aksiyaları keçirilir.

 

“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, nümayişçilərin əsas tələbi müxalifət lideri Aleksey Navalnının azadlığa buraxılmasıdır.

Məlumata görə, ilk mitinq ölkənin Uzaq Şərqdəki Xabarovsk şəhərində başlayıb. Hazırda nümayişlər ölkənin əsasən Sibir bölgəsindəki şəhərlərində davam edir. Etirazçılar "Biabırçılıq", "Navalnıya azadlıq" və ölkə prezidenti Vladimir Putinin əleyhinə şüarlar səsləndirirlər.

Ən böyük mitinqlərdən biri İrkutskda keçirilir. Şaxtaya baxmayaraq, şəhərdə 3 min nəfər Aleksey Navalnını dəstəkləmək üçün küçələrə çıxıb. Rusiyanın Saxa Respublikasının paytaxtı Yakutskda sakinlər 51 dərəcə şaxtada mitinqə qoşulublar. “Yakutsk Veçerniy” qəzetinin məlumatına görə, nümayişdə 300-dən çox vətəndaş iştirak edir. Orada artıq 13 nəfər saxlanılıb.

Ümumilikdə mitinqə görə artıq 200-dən çox insan saxlanılıb.

Qeyd edək ki, mitinqlərin eyni saatda başlanması nəzərdə tutulduğuna görə nümayişlər saat qurşağı baxımından öndə olan Sibir və Uzaq Şərqdə keçirilir. Paytaxt Moskvada nümayişlər yerli vaxtla saat 2-də başlanacaq.

Xatırladaq ki, yanvarın 18-də Aleksey Navalnı Almaniyadan müalicədən qayıtdıqdan sonra Rusiyanın paytaxtı Moskvada hava limanında həbs olunub. Ona maliyyə fırıldaqçılığı və sınaq müddətini dəfələrlə pozmağa görə 10 ilədək həbs cəzası verilə bilər. Siyasətçi bütün ittihamların uydurma olduğunu və birbaşa ölkə başçısının sifarişi ilə gerçəkləşdiyini iddia edir.

A.Navalnının həbsindən 1 gün sonra onun yutub kanalında Rusiya Prezidenti Vladimir Putinin yaxın ətrafı ilə birgə qurduğu korrupsiya sxemləri və sarayı barədə 2 saatlıq sənədli film yayımlanıb. Video qısa zamanda 66 milyondan çox izləmə sayı toplayıb. Azərbaycan da daxil olmaqla, bir sıra ölkələrin trend videolar sırasında yer alıb. Yanvarın 23-də müxalifətçinin həbsinə etiraz olaraq Rusiyanın bütün bölgələri, həmçinin ABŞ-ın Nyu-York, Avropanın Paris və Amsterdam, İsrailin Təl-Əviv şəhərlərində kütləvi mitinqlər planlaşdırılıb.

 
 
21 Noyabr 2024 “Putin danışıqlara hazırdır”
18 Noyabr 2024 Meymunçiçəyi virusu yayılır: Azərbaycanda vəziyyət necədir?
17 Yanvar 2024 İran ABŞ və İsraili “Xeybərşekan”la hədələdi
06 Noyabr 2023 Ermənistanı tərk edən Qarabağ ermənilərinin sayı AÇIQLANDI
15 Oktyabr 2023 Əfqanıstanda 6,5 bal gücündə zəlzələ baş verib
13 Oktyabr 2023 "Müharibə yalnız bir şəkildə sona çata bilər" - Netanyahu
20 Sentyabr 2023 "İrəvan Bakının Qarabağla bağlı bəyanatını nəzərə alır" - Paşinyan
03 Sentyabr 2023 “Oyanıb görə bilərik ki, Rusiya artıq regionda deyil” - Paşinyan
06 Yanvar 2023 Zelenski Putinin atəşkəs təklifini rədd etdi
05 Yanvar 2023 kraynanın ağır zərbəsi Rusiyanı şoka saldı
27 Dekabr 2022 İran mollalarından QORXUNC QƏRAR - “Etirazçıların əl və ayaqları kəsilsin” - FOTO
26 Dekabr 2022 Rusiyanın hərbi aerodromuna hücum olub: Ölənlər var
23 Dekabr 2022 İran Zelenskini hədələdi
07 Dekabr 2022 ABŞ Rusiyanı G20-dən çıxarmaq istəyir
23 Noyabr 2022 Türkiyədə güclü zəlzələ, 2 ölü, 50 yaralı - Yenilənib
22 Noyabr 2022 Tokayev yenidən Prezident seçildi
18 Noyabr 2022 Putin Təhlükəsizlik Şurasının iclasını keçirir
16 Noyabr 2022 Moskva hava limanlarında artan terror aktı təhlükəsi rejimi tətbiq edildi
15 Noyabr 2022 Balidə Ərdoğan-Bayden görüşü başladı - Video - Yenilənir
14 Noyabr 2022 Zelenski Xersona getdi, Ukrayna bayrağı qaldırıldı - Yenilənib - Video
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov