Xəbər lenti



ABŞ-ın 46-cı prezidenti seçilən Co Bayden hakimiyyətinin ilk günündən özündən əvvəlki dövlət başçısı Donald Trampın çox sayda qərarını ləğv edib.

 

“RİA Novosti” xəbər verir ki, ABŞ lideri ölkəsinin Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) və Paris İqlim Sazişinə qayıtmasını təmin edib.

Yeni prezident eyni zamanda, Meksika ilə sərhəddə divarın inşasını dayandırıb və sərhəddəki fövqəladə vəziyyəti ləğv edib ki, bu da müxtəlif idarələrin büdcələrindən Ağ Evə vəsait yönəltməyə imkan verib.

Tramp administrasiyası əvvəllər ölkəyə miqrantlar üçün giriş qaydalarını sərtləşdirmişdi.

Bayden bir sıra müsəlman ölkələrinin sakinlərinin ABŞ-a girişinə qoyulan məhdudiyyətləri ləğv edən fərman imzalayıb.

 
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov