Xəbər lenti

 
 

Qahirə və Doha 2017-ci ilin yayında kəsilmiş diplomatik münasibətləri bərpa etmək barədə razılığa gəliblər.

 

Bu barədə Misir Ərəb Respublikasının Xarici İşlər Nazirliyi məlumat verib.

“Misir Ərəb Respublikası və Qətər arasında qarşılıqlı diplomatik münasibətlərin bərpasını nəzərdə tutan memorandum mübadiləsi həyata keçirilib”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, iki ölkə arasındakı “barışıq” yanvarın 5-də Səudiyyə Ərəbistanının Əl-Ula şəhərində keçirilmiş Fars Körfəzinin Ərəb Ölkələri Şurasının samittində imzalanmış razılaşma əsasənda mümkün olub.

Razılaşmaya əsasən, onu imzalayan ölkələr rəsmi Doha ilə diplomatik münasibətləri tam olaraq bərpa etməli, eləcə də onunla hava əlaqəsini təmin edərək Qətərin blokadasına son qoymalıdır.

Yanvarın 12-də Misirin Mülki Aviasiya Nazirliyi ölkənin hava məkanının Qətər üçün açıldığını bəyan edib. Yanvarın 18-də isə ölkələrarası hava uçuşları bərpa olunub.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov