Türkiyə yeni S-400 kompleksi üçün ABŞ-dan icazə almaq niyyətində deyil.
Bizimaz.az Axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Onun sözlərinə görə, S-400 sistemlərinin ikinci partiyasının tədarükü məsələsi yanvar ayının sonunda Rusiya tərəfi ilə müzakirə olunacaq.
Qeyd edək ki, Türkiyə S-400-ün ikinci partiyası ilə birgə texnologiyasını da almaq və birgə istehsal etmək istəyir.