Xəbər lenti

Çində 8 aydan sonra ilk ölüm

 

Çində may ayından bu yana ilk dəfə koronavirusdan ölüm faktı qeydə alınıb. 


Bizimaz.az “Qafqazinfo”-a istinadən  xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. 

Qeyd olunub ki, son sutkada 138 nəfər “COVID-19”a yoluxub. Nazirlik bunun mart ayından bu günədək ən çox yoluxma olduğunu vurğulayıb. Həmçinin, səkkiz aydan sonra ilk ölüm halı baş verib.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) əməkdaşları Çinin Uhan şəhərindədir. Heyət virusun mənbəyini araşdırmaq üçün bir ay orada olacaq.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov