Xəbər lenti

Moskvada məktəblər 18 yanvarda açılır
 

 

Moskva məktəblərinin bütün siniflərinin şagirdləri 18 yanvardan etibarən normal təhsil rejiminə qayıdacaq.

 

Bizimaz.az “Qafqazinfo”-a istinadən  xəbər verir ki, müvafiq fərman Moskva meri Sergey Sobyanin tərəfindən imzalanıb.

“Uşaqlar evdə qalmaqdan bezdilər. Ancaq məktəblilər arasında yoluxmanın artma riski hələ də çoxdur. Buna görə də məktəblər mümkün qədər epidemioloji təhlükəsizlik tədbirlərinə ciddi şəkildə riayət etməlidirlər”, - deyə Sobyaninin rəsmi saytında dərc olunan məlumatda bildirilib.

Sobyanin qeyd edib ki, məktəblilər üçün nəqliyyat kartları açılacaq. Əgər hər hansı bir sinifdə şagirdlərdən biri xəstələnərsə, bütün sinif müvəqqəti olaraq distant təhsilə keçəcək.

Meriya bütün digər məhdudiyyətləri 21 yanvaradək uzadıb. Bu dövrdə Moskvanın universitet və kollecləri, idman məktəbləri və digər təhsil müəssisələri məsafədən fəaliyyət göstərəcək.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov