Pandemiya dövründə Fransada “Miss France 2021” gözəllik yarışması keçirilib. “Qafqazinfo” xəbər verir ki, Puy de Vaux bölgəsində keçirilən müsabiqədə ölkənin ən gözəl qızı seçilib.
Qalib Normandiyadan olan 23 yaşlı Amandine Petit olub. Tibb fakültəsinin tələbəsi olan Amandine bir tibb mərkəzinin də idarəçisidir.
Lakin qalibdən çox koronavirusun sürətlə yayıldığı ölkədə bur cür tədbirlərin keçirilməsi müzakirə olunub. Təşkilat komitəsi yarışmanın “COVID-19” epidemiyası səbəbindən tətbiq olunan məhdudiyyətlərə uyğun olaraq reallaşdırıldığını açıqlayıb.
Qeyd edək ki, dünyada ilk dəfə gözəllik yarışmasını 1920-ci ildə Fransa təşkil edib, ilk qalib Agnes Soucret olub. Səkkiz il sonra müsabiqənin adı “Miss France” olaraq dəyişdirilib.