Xəbər lenti

Dünyanın əksər ölkələrində insanlar koronavirus (COVID-19) səbəbindən yeni ili öz evlərində sakitcə qarşılayıblar. Lakin virusun peyda olduğu Çinin Uhan şəhərində yeni il gecəsi daha təntənəli şəkildə qeyd olunub. 

 

 

Bizimaz.az Modern.az-a istinadən  xəbər verir ki, minlərlə insan şəhər mərkəzinə toplaşaraq yeni ili birlikdə qarşılayıblar.

 

Xatırladaq ki, hazırda dünyanı bürüyən koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərindən vüsət götürüb.

Ümumdünya Səhiyyə Təşkilatının son məlumatına əsasən, dünyada COVID-19-a yoluxanların sayı 81 milyon 947 min 503 nəfərə, bu virus səbəbindən ölənlərin sayı isə 1 milyon 808 min 41 nəfərə çatıb.

 




   
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov