Xəbər lenti

Qərb ölkələri İrana vaksin satmır

 

İran 1 milyon doza koronavirus peyvəndi alacaq.

 

Bizimaz.az “Qafqazinfo” -a istinadən xəbər verir ki, bu barədə İranın Qırmızı Aypara Cəmiyyətinin sədri Kərim Hemməti məlumat verib. O, vaksini Şərqi Asiya ölkələrindən əldə edəcəklərini açıqlayıb.

“Bir milyon doza koronavirus peyvəndi alacağıq. Vaksinlər Şərqi Asiya ölkələrindən gətiriləcək. Danışıqlar aparılıb. İxrac olunan dərmanlar mənfi 70 dərəcədə qorunmalıdır. Bu isə işimizi kifayət qədər çətinləşdirir. Qərb ölkələri isə peyvəndin alınması mövzusunda bizimlə əməkdaşlıq etmirlər”, - deyə Hemməti bildirib.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov