Xəbər lenti

 

Barens dənizində “Oneqa” balıqçı gəmisi batıb, göyərtədə olan 19 nəfərdən cəmi ikisini xilas etmək mümkün olub, qalanı isə hadisə nəticəsində həyatını itirib.

 

“RİA Novosti”nin məlumatına görə, bu barədə RF Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Hadisə Arxangelsk əyalətinin Yeni Torpaq arxipelağı yaxınlığında baş verib.

İlkin məlumata görə, “Oneqa” buzlaşma səbəbindən batıb.

TASS öz mənbəsinə istinadla xəbər yayıb ki, xilas edilmiş iki dənizçi xaricində sağ qalan yoxdur:

“Buzla örtülü gəmi fırtına zamanı dərhal batıb və buzlu sudan qurtuluş üçün, demək olar ki, heç bir şans olmayıb”, - deyə mənbədən bildirilib.

 

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov