Xəbər lenti

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Almaniya Kansleri Angela Merkel arasında videokonfrans formatında görüş baş tutub.

 

 

Bizimaz.az bildirir ki, Modern.az-ın məlumatına görə, görüşdə iki ölkə arasındakı əlaqələrin gücləndirilməsi, həmçinin Türkiyə ilə Avropa İttifaqı arasındakı münasibətlərin perspektivləri müzakirə edilib.

 

T.Ərdoğan vurğulayıb ki, Türkiyə Aİ ilə münasibətlərdə yeni bir səhifə açmaq istəyir və bu istiqamətdəki konstruktiv töhfəsi və səyləri üçün Angela Merkelə təşəkkürünü bildirib. 

 

Türkiyə Prezidenti son Aİ sammitində müsbət gündəliyin qəbul edilməsini alqışlayıb. Dövlət başçısı bunun məsuliyyətli Aİ liderlərinin mövqeyi sayəsində mümkün olduğunu qeyd edib. Prezident Ərdoğan Ankara ilə Brüssel arasındakı münasibətlərdə böhran yaratma cəhdlərinin hər iki tərəfin mənafelərinə zərər verə biləcəyi barədə xəbərdarlıq edib.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov