Xəbər lenti

Merkel peyvəndi tapan türk cütlüklə onlayn görüşdü
 

Almaniya kansleri Angela Merkel koronavirus peyvəndini ixtira edən alman “BioTech firmasının qurucuları Uğur Şahin və Özlem Türeci ilə görüşüb.

 

Bizimaz.az-n  məlumatına görə “Qafqazinfo” xəbər verir ki, Merkel baş tutan onlayn müzakirədə əslən Türkiyədən olan həkimlərlə qürur duyduğunu qeyd edib.

“Sizinlə fəxr edirik. Bunu hökumətimiz adından deyə bilərəm”,- deyə Merkel qeyd edib.

O, Uğur Şahin və Özlem Türecinin tapdıqları peyvəndin insan həyatı üçün əhəmiyyətinə diqqət çəkib və “COVID-19” səbəbiylə yüksək ölümlərin bu vaksin sayəsində azalacağına ümid etdiyini bildirib. 

Kansler Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın G-20 toplantısında həkimlərin türk olmaları haqqında danışdığını, buna xoşbəxt olduğunu söyləyib. 

 



 


© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov