Türkiyədə koronavirusa yoluxma hallarının artması ilə əlaqədar Yeni İl ərəfəsi tətbiq olunacaq komendant saatı xarici turistlərə şamil edilməyəcək.
Bizimaz.az “Qafqazinfo” -a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi “RİA Novosti”yə məlumat verib.
“Əvvəllər elan edilmiş məhdudlaşdırıcı tədbirlər kimi Yeni İl ərəfəsində tətbiq olunacaq komendant saatı da turistlərə şamil olunmayacaq. Daxili İşlər Nazirliyinin sənədinə görə, onlar üçün bir istisna nəzərdə tutulmayıb”,- deyə açıqlamada bildirilib.
Qeyd edək ki, Türkiyənin Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə son həftələrdə dəfələrlə rekord həddə yoluxma sayı qeydə alınıb.
Türkiyədə koronavirusla mübarizə çərçivəsində Yeni il ərəfəsində 4 gün küçəyə çıxmaq qadağan edilib.
31 dekabr 2020-ci ildən 4 yanvar 2021-ci il tarixində küçəyə çıxmağa qoyulan məhdudiyyətlərdə həftəsonu qadağaları və şərtləri qüvvədə olacaq.
Türkiyə Daxili İşlər Nazirliyi bununla bağlı 81 vilayətə sərəncam da göndərib.
Yeni qərara əsasən, 31 dekabr 2020-ci il saat 21-00-dan, 4 yanvar 2021-ci il saat 05-00 tarixlərində küçəyə çıxmaq tam məhdudlaşdırılacaq. Göstərilən tarixlərdə 10:00-17:00 saatlarınadək əhali yaşadığı yerə ən yaxın marketlərdən alış-veriş edə biləcək.