Xəbər lenti

Türkiyə Milli İstehbarat Təşkilatı (MİT) İranın bu ölkədəki kəşfiyyat qrupuna ağır zərbə endirib.

 

Bizimaz.az Axar.az-a istinadən  xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilir ki, hər şey 14 ildir İsveçdə sürgün həyatı yaşayan iranlı müxalif Həbib Çabın (Habib Chaab) Türkiyəyə gəldikdən sonra itkin düşməsi ilə başlayıb.

Əldə olunan məlumata görə, H.Çab İran kəşfiyyatına işləyən narkobaron Naci Şərifi Zindaşti tərəfindən tələyə salınıb. Belə ki, Zindaşti iranlı müxalifin keçmiş xanımına təzyiq göstərərək, onu Türkiyəyə çağırmağı tələb edib. Keçmiş xanımı Çaba onu görmək istədiyini deyib və İstanbula çağırıb. Oktyabrın 9-da İstanbula gələn iranlı müxalif keçmiş xanımının olduğunu fikirləşdiyi avtomobilə minib. Mindiyi avtomobildə Zindaştinin adamları tərəfindən qaçırılıb. Zindaştinin adamları Çabı Van şəhərindən alternativ yolla İrana aparıb.

Məsələ ilə bağlı araşdırma aparan MİT İran kəşfiyyatına bağlı hücrəni çökdürüb. Əməliyyatlar zamanı Zindaşti üçün işləyən və hadisədə əli olan 11 nəfər saxlanılıb.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov