Xəbər lenti

“Karabakh Telecom”un Azərbaycan ərazilərində xidmət göstərməsi qeyri-qanunidir.

 

Bu sözləri  Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Gözəlova deyib. O bildirib ki, bu məsələ Azərbaycan dövlətinin ciddi nəzarətindədir:

“Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən hazırlanan təkliflərdə də bu şirkətin qanunsuz fəaliyyətinin dayandırılması məsələsi var. Azərbaycan öz ərazi bütövlüyünü Vətən müharibəsinin yekun nəticəsi olaraq təmin etdi. Bu ərazilərdə rabitənin təşkili Azərbaycanın Milli Nömrələmə Planına uyğun və həmin ərazilər üçün müəyyən edilən kodlar üzərindən təşkil edilməlidir və ediləcək”.

Qeyd edək ki, ötən gün Qarabağ separatçılarının terrorçu rəhbəri Araik Arutyunyan Ermənistanın mobil operator şəbəkələri rəhbərləri ilə görüş keçirərək, onları Qarabağa çağırmış və Qarabağ ərazisi ilə Ermənistanın rabitə şəbəkəsini “birləşdirməyi” təklif etmişdi.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov