Xəbər lenti

 
 

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitində Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın “erməni xalqına qarşı müharibə aparmaqda” ittiham etmək istəyərkən mikrofonu sönüb.

 

Bu barədə “Rossiya 24” telekanalı görüntülər yayıb. 

Kadrlarda görünür ki, Paşinyan Azərbaycanın adını çəkərkən səs itir və o, özünü itirmiş halda qurdalanmağa başlayır.

Ümumiyyətlə, Paşinyan deyəsən tarixdə Azərbaycanın adını çəkərkən iflas halları ilə yadda qalacaq. Xatırladaq ki, cari ilin fevral ayında Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələri zamanı çıxışında da o, “Qafqaz Bürosu qərar çıxarmışdı ki, Qarabağ Azərbaycanın ərazisidir” demişdi.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov