Ermənistanda əsgər valideynləri Müdafiə Nazirliyi qarşısında aksiya keçirir.
Bizimaz.az bildirir ki, Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, yüzlərlə valideyn itkin düşmüş övladlarının taleyi ilə bağlı məlumat istəyir. Aksiya iştirakçıları eks-müdafiə naziri David Tonoyanla görüş tələb edib.
Nazirin yerinə etirazçıların qarşısına çıxan deputat, komitə sədri Andranik Koçaryan bu gün hökumətin iclasında bu məsələnin müzakirəyə çıxarılacağı barədə məlumat verilib.