Xəbər lenti

Dəfələrlə Ermənistan hərbi-siyasi rəhbərliyini Su-30CM almaqdan çəkindirməyə çalışmışam, amma onlar dinləməyiblər.

 

Bizimaz.az Axar.az-a istinadən  xəbər verir ki, bunu Ermənistan Baş Qərargahının sabiq rəisi Movses Akopyan deyib. O, 2016-cı ildə bu məsələ müzakirə olunan zaman Serj Sərkisyanı buna inandıra bildiyini deyib.

Akopyan bunun yerinə bir neçə “Tor” kompleksinin alınmasının planlaşdırıldığını söyləyib. Bununla belə, Akopyan “Tor” sistemlərini aldıqdan sonra yerdə qalan vəsaitə Su-30CM-lərin alınmasıyla bağlı qərarın verildiyini qeyd edib:

“Onlar Rusiyanın qanunvericiliyini belə oxumayıblar. Orada deyilir ki, Su-30CM üçün olan silahlar, xüsusilə “hava-hava” raketləri digər dövlətlərə satılmır”.

Akopyan, həmçinin II Qarabağ savaşında Azərbaycana qarşı “İsgəndər” raketlərindən də istifadə edildiyini etiraf edib. Bununla belə raketlərin nə zaman və hansı nöqtəyə atıldığını açıqlamayıb.

Rusiyanın yardımına gəlincə isə Akopyan Moskvanın edə biləcəyi hər şeyi etdiyini bildirib.

O, Moskvanın Ermənistana İrəvanın arzuladığı hər şeyi verdiyini deyib.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov