Ermənistanın paytaxtı İrəvanda etiraz aksiyası keçirilir.
Bizimaz.az BAKU.WS-ə istinadən xəbər verir ki, Azadlıq meydanına toplaşan narazı kütlə ilə polis əməkdaşları arasında qarşıdurma baş verib.
Hadisə zamanı azı 3 polis əməkdaşı xəsarət alıb. Mitinq üçün toplaşanlar polislər tərəfindən saxlanılır.
Xatırladaq ki, İrəvanın mərkəzi meydanında Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə mitinq keçirilir.
BAKU.WS