Xəbər lenti

“Paşinyan xroniki yalançıdır, hər zaman yalan danışır”
 

“Bu, üçüncü respublikamızın tarixinin ən biabırçı və ağrılı səhifələrdən biridir. Bütün bunlardan yeganə məsul və günahkar olanlar Ermənistanda hazırda iqtidarda olan bir qrup xəyanətkardır”.

 

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin (MTX) keçmiş rəhbəri, “Vətən” partiyasının sədri Artur Vanetsyan “Pressing”ə verdiyi müsahibəsində deyib.

“Son dəqiqəyə qədər dövlət təbliğat maşını hər kəsi aldadır və qazandığımızı söyləyirdi. Həqiqəti deməyə çalışanlar dərhal xain kimi təqdim olunurdu”,-deyə Vanetsyan qeyd edib.

Həmçinin Artur Vanetsyan, keçmişdə sözügedən “xain qrup” ilə çalışdığına diqqət çəkərək qeyd edib:

“Əhalimizin əksəriyyəti inqilaba inandığı üçün yeni bir keyfiyyətə sahib Ermənistanın yaradılacağına ümid edirdik. Bir müddət Milli Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsində çalışandan sonra əslində nümayiş olunanların, deyilənlərin tamamilə yalan olduğunu görməyə başladım. Hamını aldatmaq, hər yerdə aldatmaq ... Nikol Paşinyan xroniki bir yalançıdır, hər zaman hər məsələdə yalan danışır və sonra yalanlarına haqq qazandıraraq bəhanələr gətirməyə başlayır. Başlanğıcda təhlükəli proseslərin qarşısını alacağına ümid edirdim, lakin MTX rəhbəri dövlət başçısından fərqli siyasi açıqlamalar verə bilməzdi. “Dayan!” müraciəti ilə Nikol Paşinyana istefa məktubu təqdim etdim”,- deyə Vanetsyan sözlərinə əlavə edib.

Xatırladaq ki, Artur Vanetsyan ötən ilin sentyabrında Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsindən istefa vermişdi. Onun anidən istefa verməsi ölkədə yeni gərginliyin başlanğıcını qoymuşdu. 

Qeyd olunurdu ki, A. Vanetsyan Paşinyan komandasının ən reytinqli məmurlarından biri olub. Onun son bir ildə korrupsiya ilə bağlı açıqlamaları və bu istiqamətdə gördüyü işlər strukturun imicini ictimaiyyətin gözündə ciddi şəkildə artırmışdı. Ölkədə belə nüfuzu olan adamın istefaya göndərilməsi sual olaraq qalmışdı.

21 Noyabr 2024 “Putin danışıqlara hazırdır”
18 Noyabr 2024 Meymunçiçəyi virusu yayılır: Azərbaycanda vəziyyət necədir?
17 Yanvar 2024 İran ABŞ və İsraili “Xeybərşekan”la hədələdi
06 Noyabr 2023 Ermənistanı tərk edən Qarabağ ermənilərinin sayı AÇIQLANDI
15 Oktyabr 2023 Əfqanıstanda 6,5 bal gücündə zəlzələ baş verib
13 Oktyabr 2023 "Müharibə yalnız bir şəkildə sona çata bilər" - Netanyahu
20 Sentyabr 2023 "İrəvan Bakının Qarabağla bağlı bəyanatını nəzərə alır" - Paşinyan
03 Sentyabr 2023 “Oyanıb görə bilərik ki, Rusiya artıq regionda deyil” - Paşinyan
06 Yanvar 2023 Zelenski Putinin atəşkəs təklifini rədd etdi
05 Yanvar 2023 kraynanın ağır zərbəsi Rusiyanı şoka saldı
27 Dekabr 2022 İran mollalarından QORXUNC QƏRAR - “Etirazçıların əl və ayaqları kəsilsin” - FOTO
26 Dekabr 2022 Rusiyanın hərbi aerodromuna hücum olub: Ölənlər var
23 Dekabr 2022 İran Zelenskini hədələdi
07 Dekabr 2022 ABŞ Rusiyanı G20-dən çıxarmaq istəyir
23 Noyabr 2022 Türkiyədə güclü zəlzələ, 2 ölü, 50 yaralı - Yenilənib
22 Noyabr 2022 Tokayev yenidən Prezident seçildi
18 Noyabr 2022 Putin Təhlükəsizlik Şurasının iclasını keçirir
16 Noyabr 2022 Moskva hava limanlarında artan terror aktı təhlükəsi rejimi tətbiq edildi
15 Noyabr 2022 Balidə Ərdoğan-Bayden görüşü başladı - Video - Yenilənir
14 Noyabr 2022 Zelenski Xersona getdi, Ukrayna bayrağı qaldırıldı - Yenilənib - Video
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov