İzmirdə baş verən dəhşətli zəlzələdən 91 saat sonra sağ tapılan 4 yaşlı Ayda bütün dünyada gündəmə səbəb olub.

 

Bizimaz.az bildirir ki, BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə prezidenti R.T.Ərdoğan dağıntılar altında 4 gün mücadilə apararaq qalib gələn Aydanın atasına zəng edib.

Ərdoğan həmçinin Aydanın atası Uğur Gezginə həyat yoldaşı Figen Gezginin vəfatına görə başsağlığı verib. O, Aydanın xilas edilmə əməliyyatını izlədiyini də bildirib:

“Ayda dağıntılar altından çıxarılarkən hönkür-hönkür ağladım. Rəbbim səbrinizi artırsın. Allah Ayda balamızı sizə, bütün millətə bağışladı. Həmişə dua edirik. Hər dəstəyi göstərəcəyik, sizin yanınızda olacağıq, heç narahat olmayın”.

 
BAKU.WS
VİDEO