Xəbər lenti


 
 

ABŞ prezidentliyinə hər iki namizəd seçkiləri qazanmaq üçün lazım olan səslərin yarısından çoxunu alıb.

 

“Fox News” məlumat verir ki, Co Bayden 207, Donald Tramp 148 səs qazanıb.

Artıq 2020-ci il ABŞ prezident seçkilərini tarixi, rekord qıran adlandırırlar. Burada həm mübarizənin intensivliyi, həm də cəmiyyətdəki parçalanma var.

Üstəlik, bu seçkilər ABŞ tarixində ən bahalı seçki olub. Bildirilir ki, respublikaçılar və demokratlar ümumilikdə 14 milyard dollardan çox pul xərcləyiblər. Bu, 2016-cı il seçkiləri ilə müqayisədə, iki dəfə çoxdur.

Demokratların seçkiqabağı kampaniyası respublikaçılardan da baha başa gəlib. Demək olar ki, yeddi milyard dollar Bayden tərəfdarları tərəfindən xərclənib. Respublikaçılar 3,8 milyard xərcləyiblər.

 
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov