Xəbər lenti

 

Fransalı səlahiyyətlilərin İslam əleyhinə açıqlamalarına reaksiyalar artmaqdadır. Bir çox müsəlman ölkəsi Fransaya qarşı birləşib.

 

“Haber7” məlumat verir ki, Fransaya ən böyük reaksiyanı Türkiyə verib.

Bundan əlavə, Banqladeşdə təxminən 40 min etirazçı Fransa mallarını boykot etmək çağırışı ilə Dəkkədə Fransa səfirliyinə doğru yürüş edib. Onlar “Makron bunun əvəzini ağır ödəyəcək” şüarı ilə Fransa Prezidenti Emmanuel Makronun cəzalandırılmasını tələb ediblər.

Eyni zamanda, Pakistanda, Seneqalda, Omanda, Əlcəzairdə, Fələstində, İranda, Malayziyada və Səudiyyə Ərəbistanında da Fransa mallarını boykot etmək çağırışı ilə etirazlar baş verib.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov