Terrorçular Suriyanın paytaxtının müftisini öldürüblər.
Bizimaz.az“oxu.az”a istinadən xəbər verir ki, bu barədə SANA agentliyi xəbər yayıb.
Terror hücumu 22 oktyabr axşamı Dəməşq yaxınlığındakı Qudsiya şəhərində baş verib.
Cinayətkarlar Şeyx Məhəmməd Adnan əl-Afyuninin avtomobilinin altına bomba yerləşdiriblər. Partlayış nəticəsində ağır yaralanan müftinin həyatını xilas etmək mümkün olmayıb.
Şeyx Afyuni Suriyanın və İslam dünyasının ən görkəmli alimlərindən biri idi. O həmçinin Çam Beynəlxalq Ekstremizmə Qarşı Mübarizə Mərkəzinin baş idarəçisi olub.