Xəbər lenti

 

Ermənistanın Baş naziri Nikol Paşinyanın qızı Maryam Paşinyan sosial şəbəkə hesabında Dağlıq Qarabağdakı döyüşlərlə bağlı paylaşım edib.

 

Azvision.az xəbər verir ki, Paşinyanın qızının “Facebook”dakı profilində pessimist notda yazdığı status erməni istifadəçilərdə ciddi narazılıq yaradıb.

Ermənistan mətbuatı artıq baş nazirin ailəsinin belə bir bədbin ab-havada olmasını müzakirə mövzusuna çevirib.

Hətta xəbər saytları yazır ki, indi insanlarda daha çox vətənpərvərlik ruhunu yüksəldən fikirlər səsləndirilməlidir. Bu mənada, ölkənin birinci ailəsinin dilindən bədbin ruhlu ifadələrin eşidilməsi xoş qarşılanmayıb.

Paşinyanın qızı statusunda yazıb: “Xəyallarımız və hədəflərimiz puç oldu”.

Onu da bildirək ki, Maryam Paşinyana sosial şəbəkələrdən də ciddi təzyiq gəlib. Ermənilər həmin paylaşıma şərh yazaraq bildiriblər ki, məhz Maryamın Soros qulu olan atası bu ölkəni uçuruma sürükləyib.

Surik Saroyan adlı istifadəçi yazıb: “Təəssüf ki, sizin xəyallarınız milli xəyallarımız deyil, Soros və ya neoliberalist “xəyallar”dır...”

 

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov