Xəbər lenti

Gürcüstanda təcili şəkildə ABŞ-ın hərbi və hərbi dəniz bazası açılmalı və nüvə kosmik silahı yerləşdirilməlidir.

 

Bizimaz.az Axar.az-a istinadən  xəbər verir ki, bunu Gürcüstan Leyboristlər Partiyasının sədri Şalva Natelaşvili deyib. O, bunun Gürcüstanın suverenliyi və azadlığının geosiyasi çağırışlara qurban verilməməsi üçün gərəkli olduğunu bildirib:

“Qarabağ müharibəsi bir daha göstərdi ki, regionumuzdakı geosiyasi çağırışlar uzun zaman davam edəcək və gözəl günlərin birində gürcü dövlətçiliyi qurban veriləcək. Bu situasiyadan çıxış var, o da Gürcüstanda ABŞ hərbi bazalarının dərhal açılmasıdır.

Əks təqdirdə Qarabağ müharibəsi bir gün buraya gələcək. Biz regional partlayışın qurbanı olacağıq. Biz gərək bu çağırışlara adekvat reaksiya verək”.

Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyanın Samsxe-Cavaxetiyadan olan fotonu “Cavakx” (ermənilər bu adla Gürcüstan torpağına iddia edir) adı ilə paylaşmasını Gürcüstan ciddi separatizm təhdidi kimi qəbul edib.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov