Xəbər lenti

Polislərimiz Xankəndidə evini qoyub qaçan vətəndaşların evini talamaqla yaxşı məşğul olurlar.

 

Axar.az Musavat.com-a istinadən xəbər verir ki, bu sözləri Nune Qasparyan adlı sosial şəbəkə istifadəçisi yazıb.

O, Ermənistan polisinin xislətini şəffaflığı ilə ortaya qoyan paylaşım edib:

“Bizim (erməni - red.) yaşlı qadın Xankəndidə balkonundan üzərində Azərbaycan və rus dillərində “xoş gəlmisiniz” yazılmış plakat asıb ki, azərbaycanlılar şəhərə daxil olanda ona toxunmasınlar. Necə olmasa, qorxu üstün gəlib. Bizim “şanlı” polislərimiz isə mülki geyimdə evə daxil olublar. Qadını sürüyərək küçəyə çıxarıb döyməyə başlayıblar”.

Nune Qasparyan qeyd edib ki, erməni polislər vətəndaşların boş qalmış evlərindən oğurluq edirlər:

“Polislərimiz Xankəndidə evini qoyub qaçan vətəndaşların evini talamaqla yaxşı məşğul olur. Bizim “hər şeyi bilən” Araik onları qəhrəman kimi təltif etsə, təəccüblənmərəm”.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov