Xəbər lenti

ABŞ Prezidenti Donald Trampın Cənubi Qafqazda bir neçə gündür daha da dərinləşən münaqişə ilə bağlı sükutu Birləşmiş Ştatların erməni icmasını narahat edir.

 

 

Modern.az xəbər verir ki, bu barədə “The Hill” yazıb. Məlumata görə, ermənilər Tramp administrasiyasının mövcud mövqeyindən narazıdırlar. Nəşr bildirib ki, Birləşmiş Ştatların 1,5 milyon nəfərdən erməni icması prezidentin mövqeyinə etiraz edirlər.

 

Qeyd edilir ki, ermənilər ötən həftə Trampa qarşı etirazlarını ifadə etmək üçün Ağ Ev qarşısında toplaşıblar.

 

"Trampdan heç olmasa sülh çağırışlı bir tvit, biz hətta indi Ermənistanın dəstəkdən danışmırıq, hər şey çox sadədir. Və hətta bu da olmur", - etiraz aksiyasında iştirak etmiş Arsen Xaratyan deyib.

 

Bununla yanaşı, ermənilər qeyd ediblər ki, bu məsələ çətin ki, prezident seçkilərinə ciddi təsir etsin.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov