Xəbər lenti

Ermənistan Milli Təhlükəsizlik Xidməti qondarma Qarabağ rejimindəki hərbi hissələrdən birinin komandir müavinini həbs edib.

 

Bizimaz.az Axar.az-a istinadən  xəbər verir ki, N.M adlı şəxsin döyüş mövqelərindən birində saxlanıldığı bildirilib. Onun guya Ermənistan hərbçiləri arasında şayiə yaydığı və Ermənistan rəhbərliyinin torpaqları qaytarmaq barədə Azərbaycanla razılaşması barədə informasiyalar paylaşdığı iddia edilib.

Əslində isə vəziyyət başqa cürdür. Belə ki, həbs edilən hərbçinin Rusiyanın “Novoya qazeta” qəzetinin müxbiri İlya Azarın reportajında yer alan şəxs olması ehtimalı mövcuddur. Belə ki, Azarın reportajında Qarabağdakı erməni komandirlərdən birinin ordu rəhbərliyinin cəbhəyə silahdan istifadə qaydalarını bilməyən yeni çağırışçıları göndərməsini gördükdən sonra onları qəbul etməməsi və Xankəndiyə geri qaytarması haqqında məlumat yer alıb. Bundan sonra Feysbukdakı bəzi səhifələrdə komandirin təqib edildiyi bildirilib.

Qeyd edək ki, İlya Azar Qarabağ haqqında dolğun reportajına görə ermənilərin qınağına tuş gəlib. Onun akkreditasiyasınə Ermənistan XİN ləğv edib. Üstəlik, Azarın reportajında yer alan Fransadan olan erməni könüllü Artur Ohanisyan da erməni ordusunun çarəsizliyi barədə verdiyi məlumatlara görə saxlanılıb.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov