Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova jurnalistlərə açıqlamasında Azərbaycan və Ermənistanın Moskvadakı məsləhətləşmələrdə iştiraklarını təsdiqlədiklərini söyləyib.
Bizimaz.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyi məlumat yayıb.
"Bakı və İrəvan Moskvadakı məsləhətləşmələrdə iştiraklarını təsdiqlədi. Aktiv hazırlıqlar davam edir", - deyə o bildirib.