Xəbər lenti

Ermənistan silahlı qüvvələrində əsgər çatışmazlığı ilə əlaqədar olaraq universitetlərin üçüncü və dördüncü kursunda təhsil alan tələbələr də orduya göndərilib.

 

Bizimaz.az Axar.az-a istinadən  xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb. Bildirilir ki, universitetdə təhsil alan tələbələr 2-3 günlük qısa təlimlərdən sonra Azərbaycanın işğal altında olan ərazilərinə göndərilir. Bu da Ermənistan mediasında ciddi narazılığa səbəb olub.

Hətta jurnalist Ani Saakyan deyib ki, bu təcrübəsiz uşaqları bilə-bilə məhv etməkdir:

“Artıq üç tələbənin ölüm xəbərini eşitmişəm. Bunlar Albert Ohannisyan, Mxitar Qaleyan və Vrej Avetisyandır. Onlar cəmi 10 gün əvvəl məcburi şəkildə ordu sıralarına cəlb ediliblər. 2-3 günlük silah atışı təlimlərindən sonra ən qaynar nöqtəyə göndəriliblər. Halbuki onlar sabahın rəssamı, fotoqrafı və rejissorları olacaqdılar”.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov