Xəbər lenti

 

İslam aləminin ən böyük elmi-dini mərkəzlərindən olan Nəcəf Dini Mərkəzinin 4 böyük Mərceyi təqlidinidən biri Ayətullah əl-Uzma Seyyid Səid əl-Həkim Azərbaycanın Qarabağda apardığı azadlıq mübarizəsini dəstəkləyən bəyanatla çıxış edib.

 

Bəyanatda Nəcəf Dini Mərkəzi rəhbərliyinin Azərbaycanın cənub-qərbində baş verən hadısələrdən  narahatlığı ifadə edilərək, itkilər xüsusilə dinc vətəndaşların həlak olması ilə əlaqədar olaraq başsağlığı verilir. Bəyanatda münaqişə ilə bağlı BMT TŞ-nin müvafiq qətnamələrinin icra edilməsinin vacibliyi vurğulanır, xüsusilə  Azərbaycanın ərazi bütövlüyünün tam şəkildə bərpa edilməsinə dəstək ifadə olunur.

Həmçinin bəyanatda Mərciyyətin bütün məcburi köçkünlərin öz yurdlarına ləyaqətli şəkildə qayıtmasını təmin edən, ədalətli sülhün bölgə və  dünyada bərqərar edilməsi üçün dua etdiyi bildirilir. 

Qeyd edək ki, Nəcəf Elmi Mərkəzi İslam dünyasının ən qədim və nüfuzlu elmi-dini mərkəzlərindən biridir. Böyük mərceyi-təqlid sayılan Ayətullah əl-Uzma Seyyid Səid əl-Həkim hazırda böyük islam alimi, Mərcəyi Əla olan Ayətullah əl-Uzma Seyyid Əli Sistaninin rəhbərlik etdiyi Nəcəf Elmi Mərkəzinin 4 əsas üləmasından biridir və adətən Mərkəzin beynəlxalq mövzulara münasibətini o ifadə edir.

1000 ildən çox yaşı olan Nəcəf Hövzəsi sırf dini-elmi mərkəz olmasını və bir qayda olaraq nadir hallarda siyasi məsələlərə münasibət bildirdiyini nəzərə alaraq Mərkəzin Azərbaycanla əlaqədar bəyanatının Nəcəf Mərkəzinin Azərbaycan xalqının Qarabağ uğrunda mübarizəsinə verdiyi xüsusi əhəmiyyətin göstəricisidir.

21 Noyabr 2024 “Putin danışıqlara hazırdır”
18 Noyabr 2024 Meymunçiçəyi virusu yayılır: Azərbaycanda vəziyyət necədir?
17 Yanvar 2024 İran ABŞ və İsraili “Xeybərşekan”la hədələdi
06 Noyabr 2023 Ermənistanı tərk edən Qarabağ ermənilərinin sayı AÇIQLANDI
15 Oktyabr 2023 Əfqanıstanda 6,5 bal gücündə zəlzələ baş verib
13 Oktyabr 2023 "Müharibə yalnız bir şəkildə sona çata bilər" - Netanyahu
20 Sentyabr 2023 "İrəvan Bakının Qarabağla bağlı bəyanatını nəzərə alır" - Paşinyan
03 Sentyabr 2023 “Oyanıb görə bilərik ki, Rusiya artıq regionda deyil” - Paşinyan
06 Yanvar 2023 Zelenski Putinin atəşkəs təklifini rədd etdi
05 Yanvar 2023 kraynanın ağır zərbəsi Rusiyanı şoka saldı
27 Dekabr 2022 İran mollalarından QORXUNC QƏRAR - “Etirazçıların əl və ayaqları kəsilsin” - FOTO
26 Dekabr 2022 Rusiyanın hərbi aerodromuna hücum olub: Ölənlər var
23 Dekabr 2022 İran Zelenskini hədələdi
07 Dekabr 2022 ABŞ Rusiyanı G20-dən çıxarmaq istəyir
23 Noyabr 2022 Türkiyədə güclü zəlzələ, 2 ölü, 50 yaralı - Yenilənib
22 Noyabr 2022 Tokayev yenidən Prezident seçildi
18 Noyabr 2022 Putin Təhlükəsizlik Şurasının iclasını keçirir
16 Noyabr 2022 Moskva hava limanlarında artan terror aktı təhlükəsi rejimi tətbiq edildi
15 Noyabr 2022 Balidə Ərdoğan-Bayden görüşü başladı - Video - Yenilənir
14 Noyabr 2022 Zelenski Xersona getdi, Ukrayna bayrağı qaldırıldı - Yenilənib - Video
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov