Xəbər lenti

 
 

Sudan İsraillə barışığa hazırlaşır.

 

“RİA Novosti” bu barədə ərəbdilli mətbuata istinadən məlumat yayıb.

Xüsusilə, müsəlman dövləti istəyir ki, onu terrorizmə sponsorluq edən ölkələr siyahısından çıxarsınlar. Xartum Vaşinqtonla Sudanın ABŞ tərəfindən nəşr olunan siyahıdan çıxarılması ilə bağlı danışıqlar aparıb.

Yerli nəşrlərə görə, ABŞ Sudana 7 milyard dollar yardım edəcək. Buna cavab olaraq, Afrika dövlətinin nümayəndələri İsrail ilə münasibətləri normallaşdırmaq üçün müqavilə bağlamağa söz veriblər.

Xatırladaq ki, sentyabrın 15-də İsrail, BƏƏ (Birləşmiş Ərəb Əmirliyi) və Bəhreyn Ağ Evdə sülh müqaviləsi imzalayıblar.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov