Xəbər lenti



Səudiyyə Ərəbistanı Həcc ziyarətlərini bərpa edir.

 

Bizimaz.az xəbər verir ki, COVİD-19 tədbirləri çərçivəsində 6 aydır dayandırılan Ümrə ziyarəti mərhələli şəkildə bərpa ediləcək. Səudiyyənin rəsmi xəbər agentliyinin məlumatına görə, açılış prosesi oktyabrın 4-dən başlayacaq.

Daxili İşlər Nazirliyindəki mənbə ilk olaraq ölkə daxilində Ümrə ziyarəti etmək istəyənlər üçün Məscidül-Həramın 30 faizinin açılacağını bildirib. Bu isə gündəlik 6 min ziyarətçi deməkdir.

18 oktyabrdan etibarən isə Məscidül-Həram ilə Məscidül-Nəbidəki Ravza-i Şərifin 75 faizi ölkə daxilindən ziyarətçi qəbul edəcək. Noyabr ayından etibarən isə həm ölkə daxili, həm də xaricilər üçün Ümrə və ibadət üçün gələnlərin qəbul ediləcəyi planlaşdırılır. Bu mərhələdə koronavirusa qarşı tədbirlər gücləndirilməklə adıçəkilən ibadət ocaqları tam şəkildə açılacaq.

Nazirlik COVİD-19 riski az olan ölkələrdən ziyarətçilərin mərhələləli olaraq qəbul ediləcəyini bildirib.

Xatırladaq ki, koronavirus pandemiyası ilə əlaqədar bu il Həcc ziyarəti də ancaq Səudiyyə Ərəbistanda yaşayan məhdud sayda zəvvarın iştirakı ilə baş tutub. Xarici ölkələrdən zəvvarlar qəbul edilməyib. 

istinad

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov