Xəbər lenti

“Müharibə başlayarsa, Türkiyə bütün sahələrdə, o cümlədən informasiya müharibəsində Azərbaycana dəstək göstərəcək”.

 

Bizimaz.az bildirir ki, bu sözləri Modern.az-a Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin Türkiyə mediasında işıqlandırılması məsələsinə toxunarkən Qlobal Jurnalistlər Şurasının sədri Mehmet Ali Dim söyləyib:


“İlk olaraq şəhid olan əsgəriniz üçün çox üzüldüyümüzü və acınızı paylaşdığımızı qeyd etmək istəyirəm. Biz eyni soydan gələn bir millətik, Azərbaycanı özümüzdən heç bir zaman ayırmadan sevirik. Sizə qarşı olunan hər bir mənfi və ya müsbət hərəkəti biz özümüzə olunmuş hesab edirik. Son hadisələr zamanı da Türk xalqından tutmuş dövlət orqanlarına qədər hər kəs Azərbaycana dəstəyini göstərib. Azərbaycan və Türkiyə orduları da hər zaman işbirliyi içərisindədir. Ermənistanın heç vaxt Türk xalqlarına müsbət münasibət bəsləmədiyi aşkardır. Türkiyənin media nümayəndələri olaraq, hər sahədə Azərbaycanın yanındayıq”.


Müsahibimiz Azərbaycan və Türkiyə jurnalistlərinin birlikdə fəaliyyət göstərməsi məsələsinə də toxunub:

 


“Onsuz da biz azərbaycanlı həmkarlarımızla mütəmadi əlaqə saxlayırıq, birgə layihələr həyata keçiririk. Müharibə şəraitində bu cür nümunələr mütləqdir. Azərbaycan və Türkiyənin media nümayəndələri arasında birlik həmişə olub və davam edəcək”.

 

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov