Gürcüstan Baş naziri yanında Koronavirusla Mübarizə İdarələri Koordinasiya Şurası ölkədə yoluxma sayının kəskin artması ilə əlaqədar toy, yubiley, anım və digər sosial tədbirlərin qadağan edilməsinə qərar verib.
Bizimaz.az Axar.az-a istinadən xəbər verir ki, bunu Gürcüstan hökumət administrasiyasının rəhbəri Natia Mezvrişvili brifinq zamanı deyib.
Onun sözlərinə görə, Gürcüstan bir müddət öncəki həyat şəraitinə geri dönür. Müvafiq qərarın sentyabrın 10-dan etibarən qüvvəyə minəcəyi bildirilir.