Xəbər lenti

Gürcüstanın “Güc birlikdədir” müxalif birliyi sabiq prezident Mixail Saakaşvilini baş nazir vəzifəsinə rəsmən namizəd irəli sürüb.

 

Bizimaz.az Report-a istinadən xəbər verir ki, bu barədə təşkilatda təmsil olunan Vahid Milli Hərəkat Partiyasının (VMHP) sədri Qriqol Vaşadze keçirdiyi brifinqdə bildirib.

Onun sözlərin görə, M.Saakaşvili Gürcüstana qayıtmalı və xalq görüşməlidir:

“Məhz buna görə həm VMHP, həm də “Güc birlikdədir” birliyində təmsil olunan bütün digər partiyalar da onun Gürcüstanın baş nazirliyinə namizəd irəli sürülməsi barədə qərar qəbul edib”.

Müxalifətçi qeyd edib ki, keçmiş dövlət başçısı bu gün Gürcüstana qayıdış planı barədə ətraflı məlumat təqdim edəcək.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov