Xəbər lenti



Yaponiyanın Kyoto İncəsənət Universitetində yeni tibbi maska ​​növü hazırlayıblar.

 

“Kyodo” agentliyi xəbər verir ki, yeni maska insanlara koronavirus infeksiyasının yayılmasından qorxmadan yemək və ünsiyyət qurmaq imkanı verir.

Qeyd edilir ki, dizaynerlər üzə taxılmadan əldə yelpik kimi tutula bilən maska hazırlayacaqlar.

Qoruyucu təbəqəyə malik maskanı bir əlinizdə tutaraq eyni zamanda yemək yeyə və ya danışa bilərsiniz.

Layihənin müəllifi Masako Sasakinin dediyinə görə, gündəlik narahatlıqları azaltmaq və ölkədə yeni etiket tətbiq etmək üçün belə bir şey hazırlamaq istəyib.

Artıq 20 nəfər maskanı testdən keçirib. Onlar etiraf ediblər ki, maska ilk baxışdan göründüyündən daha rahatdır.

Könüllülərin dediklərinə görə, maskanın əllə tutulması ​​təhlükəsizlik hissi yaradır.

 

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov